Türkiyə Dəməşqdəki səfirliyinə müvəqqəti işlər vəkili təyin edib. SİA xəbər verir ki, bu barədə "TRT" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb. Diplomatik missiyanın rəhbəri vəzifəsinə Mavritaniyadakı səfir Burhan Koroğlu təyin olunub. Diplomatın təyinatı barədə xarici işlər naziri Hakan Fidan məlumat verib.
Xatırladaq ki, Türkiyənin Dəməşqdəki səfirliyi 2012-ci ilin martından fəaliyyət göstərmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə