...Rospotrebnadzorun məlumatına görə, 2023-cü ilin sonuna Rusiyada demək olar ki, 1,2 milyon HİV-ə (İnsan immun çatışmazlığı virusu-A.B.) yoluxmuş insan var. Rəsmi statistikaya görə, bir neçə ildir ki, yeni yoluxma hallarının sayı azalır.
Lakin ümumi vəziyyət son dərəcə narahatedici görünür: 2021-ci ildə Rusiya yalnız Cənubi Afrika, Mozambik, Nigeriya və Hindistanı geridə qoyaraq, HİV-ə yoluxma nisbətinin ən yüksək olduğu beş ölkədən biri idi.
…Mütəxəssislər deyirlər ki, yeni yoluxmalarla bağlı statistika aldadıcı ola bilər.
Məsələ bundadır ki, Rusiya demək olar ki, HİV-ə həssas qrupları sınaqdan keçirməyi dayandırıb. Eyni zamanda, virus yükünü azaltmaq üçün dərman təchizatı ilə bağlı problemlər də getdikcə nəzərə çarpır.
Qeyd edilməlidir ki, kütləvi kəsilmələr 2023-cü ildə başlayıb və hələ də davam edir.
Bir neçə ildir HİV ilə yaşayan “İndiki zaman” saytının oxucularından 2022-ci ilin fevral ayından bəri onlar üçün nə dəyişdiyi soruşulub.
Həmsöhbətlərdən biri narkotik almaq üçün ilhaq edilmiş Krımdan Rusiyaya köçdüyünü, digəri yalnız gələcək üçün narahat olduğunu, üçüncüsünü isə mühacirət etdiyi deyilir. Qeyd edilir ki, sayt həm Rusiyanın özündə, həm də onun işğal etdiyi Ukrayna ərazilərində HİV-in müalicəsi və qarşısının alınması ilə bağlı daha ümumi mənzərəni görən xəstə hüquqları müdafiəçilərinin hesabatlarını öyrənməyə çalışıb.
Beləliklə, 30 yaşlı rus qadını 2020-ci ildə təsadüfən HİV-ə yoluxduğunu öyrənib. Onun keçmiş ərinə də ilk diaqnoz kimi HİV qoyulub.
Hazırda qadın xəstəliyi barədə heç kimə, hətta valideynlərinə də danışmır.
Hər üç aydan bir Penza QİÇS Mərkəzində ona dərmanlar verilir. Həm də tez-tez orada müayinə və testlərdən keçməli olur və ildə bir dəfə fluoroqrafiyaya gəlməlidir.
Rusiyadan olan ictimai səhiyyə mütəxəssisi Andrey deyir ki, dərman təminatında həmişə problemlər olub. Qanuna görə, Rusiyada HİV ilə yaşayan hər bir şəxs ARV terapiyasını pulsuz almalıdır. Hətta rəsmi məlumatlara görə, 2023-cü ildə qeydiyyatda olanların yalnız 87,7 faizi müalicə alıb.
Bundan əlavə fakt budur ki, işğal olunmuş və ilhaq edilmiş ərazilərdə 2023-cü ildən dərman təchizatında fasilələr yaranıb.
...Başqa bir nüans, Rusiyada HİV ilə yaşayan xəstələr müalicə ilə bağlı dərmanları yalnız yaçadığın yerdən ala bilərsən.
Məsələn Penzadan Moskvya köçüb ailə də qurmağa imkan tapan İrina, hər üç aydan bir dərman almaq üçün Penzaya gedir.
Elə Simferepoldan Sank Peterburqa köçən köçən digər xəstə, Aleksandr da onun kimi...
Amma Avropa ölkələrində, deyək ki, İspaniyada müalicə almaqla bağlı heç bir problem yoxdur. Burada dərmanlar dərhal verilir, pul üçün isə bir yerdə qeydiyyatdan keçmək kifayətdir.
Rusiyada isə əsas fərq ondan ibarətdir ki, burada hamı HİV-ə qarşı rahatdır..? Burada sizin statusunuzla bağlı heç bir sənəd vermirlər. Hər şey bir növ anlaşılmaz sirr altındadır.
Amma bu xəstəliyə yoluxanlar Ukraynaya, döyüşə göndərilmirlər.
Maraqlıdır ki, buna görə HİV xəstələrinin paxıllığını çəkənlər də var?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə