Əsədi Suriyadan qaçmağa Rusiya inandırıb və...

İddialara görə, Kiyevin Suriyaya 20 təcrübəli dron operatoru və təxminən 150 FPV pilotsuz təyyarə göndərdiyi bildirilir

...Rusiya Bəşər Əsədi Suriyadan qaçmağa inandıraraq, onun rejiminin silahlı müxalifət qüvvələrinin irəliləməsinə müqavimət göstərə bilməyəcəyi qənaətinə gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü Bloomberg agentliyi Kremlə yaxın olan mənbələrə istinadən yazıb.

Məqalədə iddia olunur ki, Əsəd Suriyanı dərhal tərk etməyə razılıq verdikdən sonra onun uçuşunu Rusiya kəşfiyyat xidmətləri təşkil edib. Bu, dekabrın 8-nə keçən gecə, Əsədin silahlı müxaliflərinin Dəməşqi işğal etdiyi bir vaxtda baş verib. Həmin axşam Rusiya səlahiyyətliləri Əsəd və ailəsinin sığınacaq aldıqları Rusiyada olduqlarını elan etdilər.

...Bloomberg-in üç mənbəyə istinadən yazdığı kimi, müxalifətin hücumunun dayandırıla bilməyəcəyi bəlli olduqdan sonra Rusiya nümayəndələri (məqalədə konkret kimin olduğu deyilmir-A.B.) Liviya liderinin devrilmiş liderinin taleyindən yayınmaq üçün Əsədə təcili olaraq ölkəni tərk etməyi təklif ediblər.

Yadınızada olar: o vaxt, 2011-ci ildə Müəmmər Qəddafi rəqibləri tərəfindən tutularaq vəhşicəsinə öldürüldü.

Belə görünür ki, Qəddafini gözə alan Əsəd razılaşıb.

O, Rusiyanın Xmeymim aviabazasından keçərək təyyarə ilə Dəməşqdən çıxarılıb. Bazaya yaxınlaşarkən Əsədin təyyarəsinin transponderinin söndürülməsi hətta təyyarənin vurulması ilə bağlı fərziyyələrə də səbəb olub.

...Rusiya hakimiyyəti Əsədin Moskvada olduğunu təsdiqləyib. O, qaçdıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb. Rusiya Xarici İşlər Nazirliyi müxalifətlə danışıqlardan sonra hakimiyyətin könüllü olaraq təhvil verilməsinə razılıq verdiyini bildirib. Müxalifət heç bir danışıqlar barədə məlumat verməyib.

Bloomberg məqaləsində həmçinin qeyd edilir ki, Moskva müxalifət qüvvələrinin Suriya paytaxtına doğru irəliləmə sürətinə və Əsədə sadiq qüvvələrin onlara əslində heç bir müqavimət göstərməməsinə təəccüblənib. Kremlə yaxın mənbəyə istinadən bildirilir ki, Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarının Əsəd rejiminə qarşı artan təhdidləri niyə “çox gec” olana qədər fərq etmədiyini öyrənmək istəyir.

Xatırladaq ki, Rusiya Suriyadakı vətəndaş müharibəsində Əsədin tərəfində iştirak edib və elə o vaxtdan Rusiyanın hərbi bazaları Suriyada yerləşir.

İndi isə onların taleyi hələ aydın deyil. Putinin özü hələ Əsəd rejiminin süqutunu şərh etməyib. ABŞ prezidenti Cozef Bayden qeyd edib ki, bu, digər məsələlərlə yanaşı, İran və Rusiyanın zəifləməsi sayəsində mümkün olub.

...Çərşənbə günü “The Washington Post” qəzetinin şərhçisi David İqnatius mənbələrə istinadən yazıb ki, Ukrayna Əsədin silahlı müxaliflərinin gözlənilməz hücumuna başlamazdan əvvəl, İslamçı Heyət Təhrir əl-Şam qruplaşmasına yardım edib.

İddialara görə, Kiyevin Suriyaya 20 təcrübəli dron operatoru və təxminən 150 FPV pilotsuz təyyarə göndərdiyi bildirilir. Qərb kəşfiyyat agentliklərinin fikrincə, Ukraynanın hərəkətləri Əsədin devrilməsində “təvazökar rol” oynayıb.

Yenə də iddialara görə, Ukrayna bununla guya qarşısına Vladimir Putini “yumruqlamaq” məqsədi qoyub və buna nail olub. ...Və yeri gəlmişkən, Regional media da Kiyev və Əsədin silahlı əleyhdarları arasında mümkün əməkdaşlıq barədə yazsa da, amma rəsmi Kiyev bunu şərh etməyib.

Qeyd edilməlidir ki, Əsəd devrilməmişdən əvvəl Moskvada onun əleyhdarlarını “terrorçu” və “radikal” adlandırırdılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə