Malta ATƏT-in Nazirlər Şurasına ev sahibliyi edir

Dekabrın 5-i və 6-da Maltanın paytaxtı Valettada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçiriləcək. SİA xəbər verir ki, iclasda ATƏT-in 57 iştirakçı dövlətinin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmiləri ilə bir araya gələcəklər. Toplantıda Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyəti, eləcə də ATƏT-in bütün fəaliyyət sahələrində gördüyü işlərə və regionda hərtərəfli təhlükəsizliyin təmin edilməsində oynadığı rola dair müzakirələr aparılacaq.

Qeyd edək ki, hər il dekabrın ilk həftəsində xarici işlər nazirləri və yüksək səviyyəli hökumət rəsmiləri təşkilatın mərkəzi qərar qəbuletmə və idarəetmə orqanı olan ATƏT Nazirlər Şurasında görüşlər keçirirlər. Malta 2024-cü ildə ATƏT-ə sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə