Alman generalı Almaniyanın Rusiya ilə döyüşmək istəmədiyini etiraf edib. O, ölkəsinin belə bir müharibəyə hazır olmadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları Bundesverin istefada olan generalı Harald Kuyat “Flavio fon Witzleben” YouTube kanalında yayımlanan podkastda bildirib.
... Xeyr, əlbəttə ki, hazır deyilik. Biz 2011-ci ildə Bundesverdə islahat apardıq, bu islahat Bundesverin istiqamətinin dəyişdirilməsi adlandırıldı. Milli müdafiədən uzaqlaşaraq, biz indi yalnız xarici missiyaları yerinə yetiririk.
Qeyd etdiyimiz kimi, bunu təqaüddə olan zabit etiraf edib və belə bir islahat nəticəsində “Bundesverin istiqamətinin dəyişdirilməsini” “konstitusiyanın kobud şəkildə pozulması” adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə