Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin fəal müqavimətinə baxmayaraq, Donetskdə Krasnoarmeyski, Kuraxovski, Velikonovoselovski və Çasov Yars istiqamətlərində irəliləyir. SİA xəbər verir ki, bu sözləri Donetsk “respublikasının” qondarma rəhbəri Denis Puşilin özünün Teleqram kanalında yayımladığı videoda bildirib. “Çasov Yar istiqamətində, şəhərin özündə düşmən odadavamlı zavodda ciddi mövqe qazanıb, lakin bölmələrimiz tərəfindən darmadağın edilir. Bölmələrimizin diqqət mərkəzində olan Konstantinovka - Çasov Yar avtomobil yolu da bizim üçün vacibdir. Toretskdə döyüşlərin davam etdiyini görürük. Düşmən ehtiyatları, pilotsuz uçuş aparatlarını köçürməkdə davam edir, düşmənin Qorlovkaya istəkləri göz qabağındadır, çünki infrastruktur obyektlərinə çoxlu zərbə endirmək cəhdləri var”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə