...Deməli, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov duma iclasına Putinin şəkili əks olunmuş və üzərində “Krepkiy oreşnik” (“Möhkəm fındıq”..?) sözləri yazılmış köynək geyinib gəlib.
SİA-nın məlumatına görə, bu köynəklər Ukraynanın "Yujmaş" zavoduna “Oreşnik” raketi ilə endirilən zərbədən sonra Rusiya bazarlarında satışa çıxarılıb.
“Ədalətli Rusiya” partiyasının lideri də Dövlət Dumasının iclasına birbaşa vətənpərvər geyimdə çıxıb, oradakı tribunadan çıxış edib və dəhlizlərdə pozalar da verib.
Rusiya mətbuatının yazdığına görə, rusiyalı deputatlar köynəyi çox bəyəniblər, hətta Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Sergey Mironovu “yaradıcılığına görə” tərifləyib.
Yenə də Rusiya mətbuatının yazdığına görə, bu cür köynəklərin ilk istehsalçısı dərhal rekord tələbi elan edib, çünki məhsul bazara daxil olduqdan cəmi bir saat yarım sonra tükənib.
İndi moda köynəkləri eyni anda bir neçə şirkət tərəfindən istehsal edilir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Sergey Mironov “Vaqner” PMC şirkətinin yaradıcısı Yevgeni Priqojindən hədiyyə olaraq balyoz, yəni qubald aldığı üçün “məşhur olmuşdu”.
Güman edilir ki, Priqojinin tərəfdarları məhz bu qubaldla muzdlulardan birini məhkəməsiz qətlə yetirib və videonu internetdə yayıblar. Moskvaya qarşı uğursuz kampaniyadan və Priqojinin ölümündən sonra Mironov etiraf edib ki, o, hələ də qubaldı öz kabinetində - Priqojinin xatirəsi kimi saxlayır.
Təbii ki, bunlar bizə elə də dəxli olmayan məsələlərdir.
Amma maraqlıdır, “Möhkəm fındıq”lı köynək geyib dumaya gəlməklə rus deputat nə demək istəyir?
...Və rusların Ukraynaya atdıqları “Oreşnik”-dən sonra Avropa Ukraynaya müharibənin gedişatını dəyişməyə kömək edəcəkmi?
...Cavab olaraq NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib ki, Rusiyanın hücumu zamanı alyans təkcə öz raketlərini vurmamalı, həm də hücuma keçməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə