Türkiyə ordusu İraqın şimalında azı 10 terrorçunu məhv edib.
SİA-nın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İraqın Qar, Hakurka və Mətin sərhəd bölgəsində PKK terror təşkilatının silahlıları zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi regionda terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
“Antiterror əməliyyatları sonuncu yaraqlı məhv edilənə qədər davam edəcək”, - deyə Müdafiə Nazirliyi əmin edib.
Nazirlik İraq və Suriyada ilin əvvəlindən məhv edilən yaraqlıların sayını da açıqlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 1-dən noyabrın 25-dək Türkiyə hərbçiləri Suriya və İraqda azı 2550 terrorçunu zərərsizləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə