Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz olaraq qadınların yürüşü keçirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “360” Telegram kanalı məlumat yayıb.
İştirakçılar həmçinin genişmiqyaslı mühacirət dalğasını müdafiə ediblər.
Əllərində çamadanlı qadınlar Azadlıq meydanından hakim “Gürcü arzusu” partiyasının təsisçisinin iqamətgahına doğru addımlayıblar.
Daha sonra Avropaya getmək istəyən müəllim və professorların aksiyası başlayıb.
Noyabrın 24-də müxalifət nümayəndələrinin Gürcüstan parlamentinin binası yaxınlığında mitinq keçirmək üçün tikililər ucaltmağa başladığı barədə məlumat yayılıb. Parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin bazar günü axşam mitinqinin keçiriləcəyi gözlənilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə