Abxaziya prezidenti haradadır..?

Abxaziya Xarici İşlər Nazirliyi prezident Bjaniyanın harada olduğu barədə danışıb

...Abxaziya prezidenti Aslan Bjaniya respublikadadır və ölkəyə rəhbərlik etməkdə davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.

...Dövlətin stabil fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlər görülür, - deyə məlumatda bildirilir.

Departamentdən o da bildirilib ki, bütün dövlət qurumları normal rejimdə işləyir.

Bundan əlavə, Abxaziya Xarici İşlər Nazirliyi noyabrın 15-də baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. ...Xatırladaq ki, noyabrın 15-də Abxaziyada müxalifət tərəfdarları prezident Aslan Bjaniyaya ultimatum verərək onun bir saat ərzində istefasını tələb ediblər.

Öz növbəsində respublika rəhbəri də o, digər rəsmi şəxslərlə birgə işlərini davam etdirəcəklərini bildirib.

Bjaniya daha sonra istefa verəcəyi təqdirdə Abxaziyanı vitse-prezident Badra Qunbanın idarə edəcəyini bildirib.

...Noyabrın 12-də Abxaziyada respublikanın Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxan müxalifətçilərin saxlanılması fonunda kütləvi etirazlar başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə