ABŞ prezidenti Cozef Bayden ABŞ-ın Rusiya ərazisinə uzun mənzilli silah zərbələri endirməsinə qoyulan məhdudiyyətləri ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The New York Times yazıb.
Agentliyin həmsöhbətləri bildiriblər ki, silahlar böyük ehtimalla Kursk vilayətində Ukrayna qüvvələrini qorumaq üçün Rusiya və Şimali Koreya qoşunlarına qarşı istifadə olunacaq.
Nəşr qeyd edir ki, səlahiyyət müddəti iki aydan sonra başa çatacaq Baydenin qərarı ABŞ siyasətində böyük dəyişiklikdir.
Mənbələrin The New York Times qəzetinə verdiyi məlumata görə, ukraynalılara uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi Rusiyanın Şimali Koreya qoşunlarını döyüşə göndərmək qərarına cavabdır.
Nəşrin məlumatına görə, zərbələr uçuş məsafəsi 190 mil (306 km) qədər olan ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə