...Ukrayna Rusiya ilə yeni Minsk sazişləri bağlamayacaq. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolzun telefon danışığını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Minsk-3 olmayacaq, çünki Kiyevə “əsl sülh lazımdır”.
Ukrayna lideri Şolzun Rusiya dövlətinin başçısına çağırışının “Pandora qutusu” olduğu fikrini də bildirib.
...İndi başqa söhbətlər, başqa zənglər ola bilər. Sadəcə çoxlu sözlər, - deyə Zelenski bildirib.
Noyabrın 15-də Putin və Şolz arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlar aparmağa çağırıb. Putin cavabında Moskvanın heç vaxt onlardan əl çəkmədiyini vurğulayaraq, yeni ərazi reallıqlarını nəzərə almaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaq zərurətinə diqqət çəkib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə