...İlkin məlumatlara görə, Novosibirsk yaxınlığındakı hərbi hissədən qaçan əsgərlər xüsusi təyinatlı hərbi əməliyyata göndəriləcəkmiş.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NGS.RU internet nəşri yazıb.
Qeyd edək ki, on hərbçinin qaçması noyabrın 13-də səhər saatlarında məlum olub. Qaçışın edildiyi hərbi hissə Koçenevo fəhlə kəndi yaxınlığında yerləşir.
Nəşrin mənbəsinin məlumatına görə, ona 30-a yaxın adam - əvvəllər hərbi hissələrini icazəsiz tərk etmiş hərbi qulluqçular təyin edilib.
Açıq mənbələrdən əldə edilən məlumata görə, kənddə Mərkəzi Hərbi Dairənin 35-ci Mühafizə Briqadası yerləşir. Bəzi mənbələrə görə, söhbət çağırışçılardan gedir. Lakin digər mənbələrə görə, qaçanlardan birinin 44 yaşı var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə