ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə NƏLƏRİ MÜZAKİRƏ ETDİ? - DETALLAR

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-ın Ukraynaya davamlı dəstəyi ilə bağlı danışıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ostin ukraynalı həmkarı Umerovla telefonla danışıb.

Ostin, Ukrayna və Rusiya arasındakı müharibə, Co Bayden administrasiyasının Ukraynaya "müdafiə yardımını artırmaq öhdəliyi" haqqında məlumat mübadiləsi apardığı Umerova bir daha təkrar edib. İkili Şimali Koreya əsgərlərinin Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə girməsi məsələsini də müzakirə edib və yaxın təmasda olmaq əzmində olduqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə