ABŞ prezidenti Bayden İsrail prezidenti Hersoqla görüşündə deyib ki, onların İsrailə dəstəyi sarsılmazdır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evdə İsrail prezidenti İsaak Hersoqla görüşüb. Görüşdən əvvəl mətbuata açıqlama verən Bayden və Hersoq ABŞ və İsrail arasında köklü dostluğun qədim dövrlərə gedib çıxdığını qeyd ediblər.
Bayden, Hersoqu yenidən Oval Ofisdə qəbul etməkdən məmnun olduğunu ifadə edərək bildirib: "İsrailə bağlılığımız sarsılmazdır, bunu bilirsiniz və biz çox dərin dostluğu paylaşırıq".
Hersoq isə Bayden kimi bir dosta sahib olduqları üçün xoşbəxt olduqlarını vurğulayaraq, ABŞ-ın İsrailə verdiyi dəstəyə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə