ABŞ Haitiyə uçan təyyarəyə hücumdan sonra ölkəyə uçuşların 30 gün müddətinə dayandırıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi Haitinin paytaxtı Port-o-Prinsə eniş etmək üzrə olan ABŞ-ın "Spirit" Hava Yollarına məxsus sərnişin təyyarəsi hücuma məruz qalıb.
Təyyarədə olan sərnişinlərdən xəsarət alan olmasa da, bir kabin heyəti üzvünün yüngül xəsarət aldığı bildirilib. ABŞ mülki aviasiyasının Port-o-Prins hava limanına uçuşları 30 gün müddətinə dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə