Pakistanın şimalında salonunda 27 sərnişini olan avtobus Hind çayına aşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər həlak olub.
Məlumata görə, hadisə zamanı sərnişinlərdən 12-si itkin düşüb, daha 1 nəfər xəsarət alıb. Hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, qəza sürət həddinin aşılması və sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən baş verib. Yerli "Geo” telekanalının məlumatına görə, avtobusun sərnişinləri toy mərasiminin iştirakşıları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə