Cənubi Amerika ölkəsi Peruda sərnişin mikroavtobusunun 220 metrlik uçuruma düşməsi nəticəsində 10 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peru mətbuatında yer alan məlumata görə, ölkənin cənubundakı Cuyo bölgəsində Culiaka-Sandiya yolunda sərnişin mikroavtobusu idarəetməni itirərək 220 metrlik uçuruma düşüb.
Qəzada 10 nəfər hadisə yerində ölüb, 4 yaşlı uşaq isə ağır xəsarətlərlə mikroavtobusdan çıxarılıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə