ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində Cozef Bayden administrasiyasının bir çox sərəncamlarını ləğv edəcək. SİA xəbər verir ki, bunu Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində deyib.
“Donald Trampın ilk administrasiyasının effektiv siyasi kursundan uzaqlaşmaq üçün Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən imzalanan bütün sərəncamlar ləğvi olunacaq”, - deyə Kerolayn Livitt bildirib.
Onun sözlərinə görə, Tramp ilk həftəsində onlarla fərman imzalayacaq.
Mətbuat katibi, həmçinin Cozef Baydenin ali dövlət postunda çalışdığı ilk həftədə imzaladığı 94 sərəncamın sərhəddə böhrana və iqtisadi tənəzzülə səbəb olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə