Çindəki vəziyyət neft qiymətləri üçün təhlükə adlandırılıb

...Çin iqtisadiyyatının problemləri elə bir miqyas alır ki, onlar özləri də neft qiymətləri üçün əsas təhlükələrdən birinə çevrilir və OPEC+-a hasilatı azaltmaqla onları dəstəkləməyə imkan vermir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” Çin statistikasına istinadən yazır.

Çinin neft idxalı oktyabr ayında ardıcıl altıncı aylıq azalma nümayiş etdirdi. Ötən ilin eyni ayı ilə müqayisədə bu rəqəm 10 faiz azalaraq gündəlik 11,53 milyon bareldən 10,53 milyona düşüb.

İlk on ayda alışlar 3,7 faiz azalaraq gündə 10,94 milyon barelə düşüb, bu isə vəziyyətin pisləşdiyini göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə