Gürcüstan Ukraynada münaqişəyə son qoyulacaq tarixi açıqlayıb

...Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna ilə Rusiya Federasiyası arasında silahlı münaqişənin tezliklə bitəcəyini bildirib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Hökumət başçısı Azərbaycanın paytaxtına gəldikdən sonra jurnalistlərlə söhbət edib. Burada o, noyabrın 11-dən 22-dək keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasında iştirak etməyi planlaşdırır.

...Bizə həm Avropa İttifaqı, həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulması lazımdır. Çox tezliklə Ukraynada müharibə başa çatacaq və münasibətlərin bərpası üçün hər cür şərait yaradılacaq.

Bunu Kobaxidze bildirib.

Noyabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, döyüşlərə son qoymaq üçün güc və diplomatiya birlikdə işləməlidir.

Onun sözlərinə görə, təkcə silah Kiyevlə Moskva arasında münaqişəni dayandırmağa kömək etməyəcək. Eyni şey diplomatiyaya da aiddir.

Kobaxidze bildirib ki, Gürcüstan və ABŞ arasında münasibətlər seçkilərin nəticəsindən asılı olmayaraq yaxşılaşacaq.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Ukraynada atəşkəs planının hazırlandığını açıqlamışdı. O, müvafiq təşəbbüslərin çox tezliklə - ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasından sonra ictimaiyyətə təqdim ediləcəyinə əminliyini ifadə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə