Suriya böhranına həsr olunmuş XXI sammit işinə başlayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işinə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, müzakirələr iki gün davam edəcək.

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqların ilk günündə nümayəndə heyətləri arasında ikitərəfli və üçtərəfli məsləhətləşmə görüşləri keçiriləcək. İkinci gün isə birgə iclas və mətbuat konfransı baş tutacaq.

Sammitdə Suriya ətrafındakı regional vəziyyət, hərtərəfli həll səyləri, ölkədəki humanitar vəziyyət və mövcud durum, tərəflər arasında etimadın möhkəmləndirilməsi, Suriyanın yenidən qurulması və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün şərtlər müzakirə olunacaq.

Qeyd edək ki, tərəflər arasında son görüş cari ilin 24-25 yanvar tarixlərində baş tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə