HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzzanın Əl-Şima bölgəsində 15 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS Fələstinə qarşı hücumlarını davam etdirən İsrail ordusuna zərbə endirib.
HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Qəzza yaxınlığındakı Beyt Lahya şəhərinin şimalında yerləşən Əl-Şima bölgəsində 15 İsrail əsgərinin öldürüldüyü bildirilib. İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda ən azı 370 İsrail əsgəri həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB