İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa seçkilərdə qələbə çaldıqdan sonra artıq üç dəfə zəng edib.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məlumat İsrail hökuməti başçısının ofisinin saytında dərc olunub.
...Son bir neçə gün ərzində mən seçilmiş prezident Donald Trampla üç dəfə danışmışam. Bunlar yaxşı və çox vacib söhbətlər idi. Danışıqlar İsrail və ABŞ arasında güclü müttəfiqliyi daha da gücləndirmək üçün nəzərdə tutulub.
Ofis İsrailin baş naziri Netanyahudan sitat gətirir.
Netanyahu İranla münasibətlər məsələsində Trampla həmfikir olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər iki lider Tehranı cilovlamaq və İslam Respublikasına təzyiq göstərmək məqsədi daşıyır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə