Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə