Hazırkı Amerika lideri Cozef Bayden və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çərşənbə günü, noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.
Görüşün Ağ Evin Oval kabinetində saat 11:00-da baş tutacağı aydınlaşır.
Xəbərdə görüşlə bağlı əlavə təfərrüatların daha sonra veriləcəyi bildirilib.
Trampın köməkçiləri əvvəllər onun Baydenlə görüşünün tezliklə baş tutacağını bildiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB