Şimali Koreyadan olan hərbi qulluqçular əvvəllər bildirildiyi kimi təkcə Kursk vilayətində deyil, həm də qonşu Belqorod vilayətindədirlər.
Böyük ehtimalla Rusiya Donbassda döyüşmək üçün öz qüvvələrini göndərdikdən sonra, Şimali Koreya bölmələrini ikinci müdafiə xəttində saxlamağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 92-ci ayrı-ayrı hücum briqadasının Ukrayna Axilles batalyonunun komandiri Yuri Fedorenko “The Washington Post”a müsahibəsində danışıb.
O qeyd edib ki, kəşfiyyat məlumatları Şimali Koreya hərbçilərinin təkcə Kursk vilayətində deyil, həm də Belqorod vilayətində olmasını göstərir.
Onun sözlərinə görə, bu qoşunlar Belqorod yaxınlığında ikinci müdafiə xəttini gücləndirmək üçün gətirilə bilər ki, bu da rus bölmələrini Donbasa sıxışdırmağa imkan verəcək. “The Washington Post” qəzetinin jurnalistləri Kursk və Xarkov vilayətlərində döyüşən ondan çox ukraynalı əsgərlə danışıb və onlar Şimali Koreya qoşunlarının müharibədə mümkün iştirakı ilə bağlı narahatlıqlarını bildiriblər.
82-ci briqadanın pilotsuz sistemlər bölməsinin döyüşçüsü, 36 yaşlı Valentin Levada deyir ki, Ukrayna əsgərləri tezliklə birbaşa döyüşdə Koreya hərbçiləri ilə qarşılaşa bilər. O, həmçinin qeyd edib ki, Şimali Koreya əsgərlərini əsir götürmək asan olmaya bilər.
Amerika kəşfiyyatının məlumatına görə, Kursk vilayətində Şimali Koreya ordusunun 10 minə yaxın hərbi qulluqçusu var. Güman edilir ki, Kreml onları Ukrayna Silahlı Qüvvələrini Sudja ətrafındakı ərazidən çıxarmağa çalışan Rusiya qüvvələrini gücləndirmək üçün cəlb etməyi planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə