...Moskvanın Savyolovski Rayon Məhkəməsi dələduzluqda şübhəli bilinən “Xüsusi Tikinti üzrə Baş İdarə” Federal Dövlət Unitar Müəssisəsinin baş direktoru Aleksandr Molodçenkonu həbs edib.
SİA-nın məlumatına görə, onunla birlikdə digər şübhəli İvan Maltsev də həbs edilib.
Bundan başqa, hərbi məmurun şəriki olduğu iddia edilən Olqa Pavlova da ev dustaqlığına göndərilib.
...İstintaqın məlumatına görə, bu şəxslər Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə dövlət müqavilələrinin icrası zamanı dələduzluq hərəkətləri törətməkdə şübhəli bilinirlər.
Bunu Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti bildirir. “Xüsusi Tikinti üzrə Baş İdarə”nin inşa etdiyi obyektlər arasında Xəzər flotiliyasının hərbi dəniz bazası və Novorossiyskdəki Qara dəniz donanmasının baza sistemi də var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə