Putin Qərb siyasətçilərindən fərqli olaraq özünü centlmen kimi aparır

Rusiya lideri Vladimir Putin Qərb ölkələrinin liderlərindən fərqli olaraq özünü centlmen kimi aparır

SİA xəbər verir ki, bu fikri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

Onun sözlərini RİA Novosti sitat gətirir. Makqreqor bildirib ki, prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov bütün vaxt ərzində özlərini centlmen kimi aparıblar.

Keçmiş Pentaqonun müşaviri onu da bildirib ki, onlar heç vaxt heç kimlə əl sıxmaqdan imtina etməyiblər və Qərb liderlərindən fərqli olaraq digər ölkələrin rəhbərliyini ictimaiyyət qarşısında alçaltmayıblar.

Onun sözlərinə görə, ABŞ Rusiyanın maraqlarına hörmət edərək, ona böyük dövlət kimi yanaşmaq istəmir.

...Biz bunu heç vaxt etməmişik, amma bunun üçün getməliyik.

Makqreqor deyib bunu.

Cümə axşamı Vladimir Putin deyib ki, Rusiyanın həm ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, həm də digər dövlət başçıları ilə təmasları bərpa etməyə heç bir problem yoxdur.

O, həmçinin Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə