...Cütlüyün - Barak və Mişel Obamanın Donald Trampın qələbəsindən sonra ABŞ-ın siyasi səhnəsindən silinəcəyi ilə bağlı ehtimalı Obamanın bioqrafı Devid Qarrou dilə gətirib. SİA xəbər verir ki, bioqrafın bu fikrini Obamanın ABŞ-ın vitse-prezidenti Kamala Harrisi açıq şəkildə dəstəklədiyini və Trampı kəskin tənqid etdiyini xatırladan Daily Mail sitat gətirir.
Bioqraf iddia edir ki, Pensilvaniyada Obama və xanımı Mişel Trampı dəstəkləyən seçicilərə, xüsusən də qaradərililərə “aşağı” danışıblar.
Nəşr yazır ki, indi Qarrou Obamanın siyasi səhnədən tamamilə yoxa çıxacağını və keçmiş məşhurların istirahət etməyi sevdiyi Martha's Vineyard adasında vaxt keçirəcəyini proqnozlaşdırır. Bioqraf həmçinin iddia edir ki, Obama Trampın qələbəsindən sonra çox narahatdır və əziyyət çəkir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə