Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək

"Audi" avtomobil şirkəti 4 500 işçisini ixtisar etməyi nəzərdə tutur. SİA xəbər verir ki, şirkət satışların ciddi azalması səbəbindən bu qərara gəlib.

"Volkswagen"ə məxsus olan "Audi" şirkəti maliyyə çətinlikləri ilə üzləşib. Belə ki, "Audi"nin əsas gəlirləri 91% azalaraq, ötən ilin üçüncü rübündəki 1,2 milyard avrodan 2024-cü ilin eyni dövründə 106 milyon avroya düşüb. Xərcləri azaltmaq məqsədilə işçi sayını 15% azaldılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə