Makronun Trampdan tələbi..?

Makron Trampdan Ukrayna ilə bağlı Rusiya Federasiyasından güzəştlər istəməsini tələb etdi

...Fransa prezidenti Emmanuel Makron Donald Trampdan Ukrayna ilə bağlı danışıqlara başlayacağı təqdirdə Rusiyadan real güzəştlər istəməsini tələb edib.

SİA xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampla Makron arasında söhbət 25 dəqiqə davam edib. Söhbət zamanı Fransa prezidenti Trampdan hər hansı diplomatik proses baş verəcəyi təqdirdə Rusiyadan “real güzəştlər” etməyi tələb edib.

Məqalədə deyilir ki, eyni zamanda, Ağ Evin gələcək rəhbəri yenidən seçildikdən sonra Avropa İttifaqının nümayəndələri ilə danışıqlar zamanı Ukrayna mövzusu ilə bağlı “əsasən dinləyib sual verməklə” qaçaq davranıb.

Bir gün əvvəl “Wall Street Journal” xəbər vermişdi ki, Trampın çevrəsi Ukraynada yeni nizamlanma planını müzakirə edir.

Ona görə, hazırkı cəbhə xətti boyunca münaqişə dondurulmalı, demilitarizasiya zonası yaradılmalı və Ukrayna ən azı 20 il NATO-ya daxil olmaq planlarından əl çəkməlidir..?

Xatırladaq ki, SİA-nın bir qədər əvvəl də yazdığı kimi, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ki, bu məqalənin mücərrəd xarakter daşıdığını demişdi.

Və eyni zamanda, yenə də SİA-nın yazdığı kimi, Britaniyanın “Guardian” qəzetinin köşə yazarı Timoto Karton Eş bildirib ki, ABŞ seçkilərində qalib gələn Tramp münaqişənin həlli üçün Ukraynanı “ilk qurban” edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə