...Amerikalı milyarder İlon Mask bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın planı sayəsində Ukraynada tökülən qanlar tezliklə bitəcək.
SİA-nın əldə etdiyi məlumata görə, o, müvafiq postu X sosial şəbəkəsində (keçmiş Twitter; Rusiya Federasiyasında bloklanıb – A.B.) dərc edib.
Təxribatçıların və möhtəkirlərin vaxtıdır,- deyən Mask Trampın Ukrayna ilə bağlı iddia edilən planları haqqında nəşrləri şərh edərkən yazıb.
...Bir gün əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti Trampın ətrafının Ukraynada yeni nizamlanma planını müzakirə etdiyini yazmışdı.
Ona görə, hazırkı cəbhə xətti boyunca münaqişə dondurulmalı, demilitarizasiya zonası yaradılmalı və Ukrayna ən azı 20 il NATO-ya daxil olmaq planlarından əl çəkməlidir. Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, bu məqalənin abstrakt xarakter daşıdığını deyib.
Bir müddət bundan əvvəl, “Axios” portalı mənbələrə istinadən xəbər verir ki, Tramp yenidən prezident seçildikdən sonra Vladimir Zelenski ilə ilk telefon danışığı zamanı Ukraynanı dəstəkləyəcəyinə söz verib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbət təxminən 25 dəqiqə davam edib və Mask da orada iştirak edib.
Mənbələrin “Axios”-a verdiyi məlumata görə, eyni zamanda, tərəflər Ağ Evin seçilmiş rəhbərinin nizamlanma üçün mümkün planı və Vaşinqtonun Kiyevə əlavə yardım göstərməsi perspektivləri kimi mövzuları müzakirə etməyiblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə