Kreml Trampın sanksiyaları ləğv etmək qabiliyyətini qiymətləndirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın Rusiyaya qarşı iqtisadi ritorikasının dəyişməsi ehtimalı yoxdur.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. ABŞ-dakı prezident seçkilərində qalib gələn Tramp prezidentlik yarışı zamanı Çinə və “digər ticarət pozucularına” qarşı sərt sanksiyalar tətbiq edəcəyinə söz verib.

O, həmçinin Çin mallarına tətbiq edilən mövcud tarifləri kəskin şəkildə artırmaq planlarını açıqlayıb.

Eyni zamanda Tramp Ağ Evə qayıdacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları yumşalda biləcəyini bildirib.

O qeyd edib ki, “sanksiyaları sevmir”.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar məhdudiyyətlər tətbiq etməklə “yalnız hamını özündən uzaqlaşdırır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə