Polşanın baş naziri Donald Tusk ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla bağlı əvvəlki bəyanatından imtina edib və o, siyasətçini Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə WPolityce.pl internet portalı yazıb.
Onun sözlərinə görə, cümə axşamı Polşa hökumətinin başçısının mətbuat konfransında “Tyqodnik Solidarno” jurnalisti Monika Ryutke Tuska Trampın “Rusiya kəşfiyyat xidmətlərindən asılılığı” və Trampın ruslar tərəfindən işə götürülməsi ilə bağlı əvvəlki açıqlamalarını xatırladıb. ...Cavabında Donald Tusk "heç vaxt belə bir fərziyyə irəli sürmədiyini" bildirib.
Hadisəni şərh edən portal jurnalistin sitat gətirdiyi Polşa hökumətinin başçısının Tramp haqqında açıqlamalar verdiyi videoların mövcudluğunu xatırladıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə