Trampın sülhü ola bilər,..amma bu Kiyev üçün əlverişsiz sülh olacaq

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Ukrayna ətrafındakı böhranla bağlı sülh razılaşması əldə etməyə çalışacaq, lakin onun şərtləri Kiyev rejimi üçün əlverişsiz olacaq.

SİA-nın məlumatına görə, bu fikri Amerikanın “Foreign Policy” jurnalının köşə yazarı Emma Eşford bildirib.

Onun sözlərinə görə, ABŞ-ın seçilmiş prezidentinin Amerikanın xarici siyasətində edə biləcəyi ən bariz dəyişikliklər Ukraynada baş verəcək.

…Respublikaların Kiyevə silah göndərilməsinin qiymətinin artırılmasına dəstəyi zəifləyir və Tramp çox güman ki, sülh sazişinin əldə olunmasına təkan vermək vədini yerinə yetirəcək.

Eşford hesab edir ki, Kiyev rejimi üçün problem sülhün böyük ehtimalla Kiyev üçün əlverişsiz şərtlərlə bağlanmasıdır.

…Hazırda Ukraynanın hərbi itkiləri artmağa başlayıb və Ukraynaya davamlı dəstəyin qarşısında əməli maneələr - Qərbdən azalan silah və sursat ehtiyatları, Ukraynada kadrlarla bağlı əhəmiyyətli problemlər və korrupsiyadır

Bunu müəllif qeyd edib.

...Maraqlıdır, bəs onda, Ukraynada sülh yolu ilə nizamlanma necə olacaq?

Yeri gəlmişkən, ötən gün Rusiya prezidenti Vladimir Putin Valday Forumunun XXI iclasının plenar iclasında çıxışı zamanı qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranının başa çatması ilə bağlı sözləri diqqətə layiqdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə