Ukrayna Donald Trampı Kiyevə hərbi yardımın dayandırıla bilməyəcəyinə inandırmaq məqsədi daşıyan aqressiv diplomatik kampaniyaya başlayıb.
Ukrayna tərəfinin iddiasına görə, guya bu, ABŞ-ın qlobal liderliyinə təsir göstərə bilər.
SİA-nın məlumatına görə, bu barədə Meksikanın “El Pais” nəşri yazıb.
Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə ABŞ-ın dəstəyinin vacibliyini vurğulayaraq, bunsuz ölkənin çətin vəziyyətə düşəcəyini bildirib.
Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp Ukraynaya milyardlarla dollarlıq silah satışını dayandıracağını və Rusiyaya ərazi güzəştləri etmək olsa belə, diqqətini müharibəni tez bitirməyə yönəldəcəyini vəd etmişdi.
Bununla belə, Zelenski ümid edir ki, Trampın kampaniya zamanı verdiyi bəyanatlar və onun prezident kimi real addımları fərqli ola bilər.
Zelenski artıq Trampla ünsiyyətə başlayıb, onu seçkidəki qələbəsi münasibətilə təbrik edib və “hamımız üçün yeni era”ya ümid etdiyini bildirib.
Ukrayna prezidenti telefon danışığında Trampı “tarixi nəticə” əldə etməyə qadir lider adlandırıb və Amerikanın dəstəyinin vacibliyini vurğulayıb.
...Bundan əlavə, Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak Trampla əlaqələrin Ukrayna üçün strateji əhəmiyyət kəsb etdiyini təsdiqləyib.
Belə ki, bu yaxınlarda keçirilən Kiyev İqtisadi Forumunda bu mövzu həm biznes nümayəndələri, həm də siyasətçilər tərəfindən fəal müzakirə olunub, çünki münaqişənin gələcək həlli ABŞ-ın yeni prezidentinin mövqeyindən asılı ola bilər. ...Və Zelenski və komandası ümid edir ki, Tramp birbaşa hərbi tədarükü məhdudlaşdırsa belə, başqa kanallar vasitəsilə Ukraynanı dəstəkləməyə davam edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə