...Nijni Novqorod vilayətində mağazadan 29 qutu kərə yağı oğurladığı üçün saxlanılan 33 yaşlı yerli sakinə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı və Ukrayna ilə müharibəyə getməyi təklif ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza özünün Telegram kanalında yazıb.
Telekanalın məlumatına görə, təqsirləndirilən şəxs noyabrın 6-da axşam saatlarında Let Pobeda küçəsi 40 ünvanında yerləşən supermarketdən bağlamalarda kərə yağı oğurlayıb. Bir müddət sonra o, saxlanılaraq şöbəyə aparılıb. Dindirilmə zamanı ona Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif edilsə də, qadın bundan imtina edib.
Açıqlanan məlumata görə, Nijni Novqorod vilayətində saxlanılan qadınlara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq təklifi ilə bağlı dörd fakt məlumdur - qadınlara Ukrayna ilə müharibəyə getməyi təklif edən belə hallar əvvəllər məlum deyildi.
Xatırladaq ki, Rusiyada kərə yağının qıtlığı onun bahalaşmasına səbəb olub.
Məhz buna görə də son vaxtlar marketlərdən yağ oğurluğu geniş vüsət alıb.
Ona görə də hazırda bir çox marketlərdə kərə yağını yalnız kassada açıla bilən plastik qablara qoyaraq qoruyurlar.
Əli Babayev
P.S: Bildirim ki, qadının oğurladığı və rusların “qutu” kimi təqdim etdiyi yağların çəkisi 175-180 qram civarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170