...Prezident seçkilərində qalib gələn Donald Tramp Florida ştatından senator Marko Rubionu Dövlət Departamentinin rəhbəri postuna namizəd kimi nəzərdən keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” Tramp kampaniyasının üzvləri ilə mühafizəkar konqresmenlər arasında görüşdə iştirak edən konqres əməkdaşına istinadən xəbər verir.
Qeyd edək ki, 2011-ci ildən Senatın üzvü olan 53 yaşlı Rubio Rusiyaya qarşı çoxsaylı sanksiya təşəbbüslərinin müəllifi olub.
Hələ 2014-cü ildə, Krımın ilhaqından sonra o, Rusiya banklarının SWIFT-dən ayrılmasını tələb etmiş, daha sonra 2022-ci ilin yanvarında, Ukraynanın işğalı ərəfəsində oxşar ideyalar irəli sürmüşdü.
Rubio Putinə və digər yüksək rütbəli rus məmurlarına qarşı da şəxsi sanksiyaların təşəbbüskarı olub.
Xatırladaq ki, 2015-ci ildə o, Putini “quldur” və “başkəsən” adlandırıb və Rusiyanın diplomatik təcrid olunmasında israr edib.
Seçkilərdən sonra Senatın Kəşfiyyat Komitəsinin sədr müavini vəzifəsində çalışan Rubio, Ukraynadakı müharibənin “dalana dirəndiyini” bildirmişdi.
...Ukraynalılar inanılmaz dərəcədə cəsur və güclüdürlər. Ancaq son nəticədə maliyyələşdirdiyimiz şey bitməli olan dalana dirənmiş müharibədir.
Bunu deyən Rubionun sözlərinə görə, “müharibənin bitməsini istəmək üçün Putinin fanatı olmaq lazım deyil”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə