Son aylar Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu ətrafında vəziyyət getdikcə gərginləşib.
SİA-nın məlumatına görə, bunu “Dialoq.UA” yazıb.
Rusiya informasiya mənbələrinin məlumatına görə, Şoyqu və onun şərikləri Rusiyadakı aktivlərindən məhrum olurlar deyə, ona görə də kapitallarını xaricə köçürürlər.
Təbii ki, bu da Rusiya elitasında artan qorxudan xəbər verə bilər.
Şoyqunun Kremlin etibarlı dairəsini tərk etməsi onun ən yaxın müttəfiqlərinin həbsləri ilə müşayiət olunmaqdadır.
Və bu, Rusiya güc strukturları arasında artan parçalanmanın ilk siqnalı olmaqdadır.
Ən nəzərə çarpan dəyişikliklər arasında Şoyqu ailəsi və onun yaxın adamı Ruslan Tsalikovun nəzarətində olan “Samolet” iri tikinti şirkətinin tikintisinin dayandırılmasıdır.
Qeyd edilməlidir ki, bu, Tsalikovun Tuvadan senator vəzifəsinə təyin olunmasına mane oldu və Şoyqu üçün də həyəcan təbili çaldı.
Deyilənlərə görə, Şoyqu klanı ilə əlaqəli şirkətlər kvadratmetrləri və səhmlərini satmağa başlayır, həmçinin dövriyyə kapitalının çatışmazlığını əsas gətirərək yeni tikinti layihələrini dondururlar.
...“NeZygar” Telegram kanalının məlumatına görə, bu yaxınlarda alınan bank vasitəsilə tikinti avadanlığının alınması və avans ödənişləri bəhanəsi ilə Tacikistan və Çinə əhəmiyyətli məbləğlər çıxarılır.
Eyni zamanda, Federal Vergi Xidməti yoxlamaları gücləndirərək, “Samolet” ilə əlaqəli bir sıra şirkətlərin ödənişlərini bloklayıb.
Podratçılara və subpodratçılara artan borclar böhranı daha da gücləndirir və tikintidə iştirak edən etnik cinayətkar dəstələrə də təsir edir.
Onların arasında “Samolet” layihələri ətrafında yaranan ödənilməmiş borclarla bağlı münaqişələr var.
Tsalikovun Kipr pasportu olan oğullarının 2025-ci il üçün biznes aktivlərinin satışını hazırladıqları iddia edilir. Tsalikovun özünə isə, qeyri-rəsmi məlumatlara görə, Moskvanı tərk etmək qadağandır.
...Kapitalın xaricə çıxarılması ilə müşayiət olunan Rusiya elitası daxilində qarşıdurmaların artması, yuxarıda da bildirdiyimiz kimi, ölkənin siyasi və iqtisadi sabitliyində elitaların qeyri-müəyyənliyinin artmasından xəbər verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə