Kreml Baydenin “son qərarından” qorxmağa başlayıb...

Kiyev Qərb silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün yaşıl işıq yandıra bilər.

...Rusiya, hakimiyyəti Donald Trampa verilməzdən əvvəl ABŞ prezidenti Cozef Bayden və onun administrasiyasının Rusiyaya qarşı kəskin addımlar ata biləcəyindən ehtiyatlanır. SİA-nın məlumatına görə, bu barədə "The Moscow Times"a diplomatik dairələrdəki mənbə bildirib.

Rusların fikrincə, belə bir addım, məsələn, Kiyevin Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsi üçün “yaşıl işıq” ola bilər. Xatırladaq ki, 2016-cı ildə, Trampın ilk prezidentlik müddəti ərəfəsində, vəzifədən gedən Barak Obama administrasiyası 36 rus diplomatını ABŞ-dan qovdu, həmçinin Nyu-York və Merilenddəki diplomatik daçaları ələ keçirərək Moskvanı çox incitdi.

…Məsələ bundadır ki, Demokratların itirəcəkləri heç nə olmadığı üçün gələcəkdə dialoqu çətinləşdirəcək bəzi qərarlar qəbul edə bilərlər. Məsələn, onlara Rusiya ərazisinin dərinliklərində zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verə bilərlər.

Bunu diplomatik mənbə bildirib.

İndi rusiyalı diplomat, eləcə də Xarici İşlər Nazirliyinə yaxın həmsöhbət vurğulayır ki, Rusiya ilə ABŞ arasında dialoq həm rəsmi, həm də ekspertlər səviyyəsində donub.

Trampın gəlişindən sonra, “biz yəqin ki, ehtiyatla təmasların bərpasını proqnozlaşdıra bilərik”

Bunu rusiyalı diplomat bildirib.

O, həmçinin Trampın andiçmə mərasimindən sonra Rusiya səfirinin ABŞ-a qayıdacağını proqnozlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə