Mehmet Şimşək Çində görüşlər keçirəcək

Səfər çərçivəsində investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşəcək, ikitərəfli danışıqlar da keçirəcək

Türkiyenin Xəzinə və maliyyə naziri Mehmet Şimşək Çinin paytaxtı Pekində görüşlər keçirəcək. O, iki ölkə arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclasında iştirak edəcək.

SİA-nın məlumatına görə, M.Şimşək səfər çərçivəsində investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşəcək, ikitərəfli danışıqlar da aparacaq. Türk nazir Çin dövlət başçısının müavini Han Çjen və çinli investisiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.

Mehmet Şimşəyin keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, enerji, sənaye və investisiya sahələrində əməkdaşlıq, həmçinin ticarət və iqtisadi məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə