“Rusiya haqqında heç nə bilmirdim. Mən, axmaq olmuşam…”

Rusiya Federasiyasında afrikalı miqrantları necə aldadaraq müharibəyə cəlb edirlər.

...SİA-nın bir müddət bundan da əvvəl qeyd etdiyi kimi, təkcə bu ilin əvvəlindən Ukrayna ilə müharibəyə gedən 3344 əcnəbi Rusiya vətəndaşlığı alıb.

Kremlin təbliğatı müntəzəm olaraq “dost” və ya “neytral” Afrika ölkələrindən olan qondarma könüllülərin Rusiya ordusuna qoşulması ilə bağlı hekayələri nümayiş etdirir. Onların bəziləri aldatma yolu ilə ali məktəblərə “qəbul ediliblər”, bəziləri şantaj yolu ilə cəbhəyə cəlb olunublar.

Bu arada “The Insider” daha yaxşı həyat dalınca Rusiyaya gedən, lakin səngərlərdə, sonra isə Ukrayna əsirliyində qalan afrikalılarla danışıb.

Onun iddiasına görə, onlardan birinə fəhlə adı altında hərbi müqavilə verilib, digərinə isə mühafizəçi kimi xidmət vəd edilib və...

...Xatırladaq ki, hələ 2014-cü ildən Ukraynadakı müharibəyə hər iki tərəfdən əcnəbilər cəlb olunub. Təxmini hesablamalara görə, Donbassdakı döyüşlərdə 50-dən çox ölkədən iki minə yaxın vətəndaş iştirak edib və onların 75 faizi rusiyayönlü qüvvələrin tərəfində vuruşub. Onların əksəriyyəti Belarusdan (800 nəfər), Almaniyadan (160), Gürcüstandan (150), Serbiyadan (100) və ABŞ-dan (30) olublar.

Xarici könüllülərin əhəmiyyətli bir hissəsi "On Beş" Beynəlxalq Briqadasının və “Vaqner” PMC-nin bir hissəsi olublar.

Deyilənlərə görə, 2022-ci ilin martında müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə müxtəlif ölkələrdən Ukraynaya qarşı müharibəyə gəlmək istəyən könüllülərin “çoxlu sayda müraciəti” barədə məlumat verib. Onun sözlərinə görə, təkcə Yaxın Şərqdə 16 min belə insan olub. Putin onlara "döyüş zonasına keçməkdə kömək etməyi" əmr edib.

Həmin ərəfədə həmçinin Kuba, Somali, Nepal, Hindistan, Şri-Lanka və digər ölkələrdən mühacirlərin Rusiya Silahlı Qüvvələri sıralarına cəlb olunduğu bildirilir.

Yeri gəlmişkən, hələ 2023-cü ilin dekabrına olan məlumata görə, 254 əcnəbi vətəndaşın “Rusiya qüvvələrinin tərkibində Ukraynada döyüşdüyü və öldüyü” məlum olub.

Deyim ki, Ukraynada müharibəyə cəlb edilmiş xarici vətəndaşın ilk ölümü 2022-ci ilin sentyabrında qeydə alınıb.

2024-cü ilin aprelində Nepal hökuməti Ukraynada döyüşən həmvətənlərinin sayını 246 nəfər olaraq qiymətləndirirdi. 2024-cü ilin sentyabrına qədər ən azı 40 Nepal vətəndaşının öldüyü məlumdur; ən azı 174 nəfər Rusiya Silahlı Qüvvələrinin sıralarını tərk edərək vətənə qayıdıblar.

Qonşu Hindistanda 2024-cü ilin sentyabrına qədər 91 nəfər işə götürüldü, 9 nəfər öldü. Bildirilib ki, baş nazir Narendra Modi şəxsən Putinlə Hindistan vətəndaşlarının Rusiya ordusundan qovulması və vətənlərinə göndərilməsi ilə bağlı razılığa gəlib.

…“The Insider” Somalidən olan Adilin işləmək üçün Rusiyaya gəldiyini deyir. Doğma ölkəsində Adil kiçik bir supermarketdə işləyib.

...Mənə dedilər ki, Rusiyada xəstəxanalar, banklar, ticarət mərkəzləri, metrolar kimi yerlərdə kifayət qədər mühafizəçi yoxdur. Orada işləyəcəyimi dedilər, amma bunun üçün təlim keçməliyəm. Mən Ukrayna və müharibə haqqında heç nə bilmirdim.

Bunu Adil deyir.

...2023-cü il dekabrın əvvəlində Adil Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayır və Rostov-na-Donda təlim-məşq toplanışına, sonra isə Donbasdakı cəbhə xəttinə göndərilir.

Adil indi deyir ki, rus ordusuna qoşulmaq qərarına peşmandır.

Hazırda Ukrayna əsirliyindən azad olunacağına ümid edir. Lakin o, Somalidə də müharibənin getdiyi vətəninə qayıtmaq istəmir.

... Rusiya haqqında heç nə bilmirdim. Mən, axmaq olmuşam. Hər gün öz gözlərimlə müharibə gördüm. Mən orada mülki idim. Ölkəmə qayıtsam, sıfırdan yox, mənfidən başlanğıc olacaq. Bu, daha pisdir. Ona görə də ölkəmə qayıtmaq istəmirəm.

Bunu da Somalidən olan Adil deyir bunu...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə