Medianın yanlış təqdimatı hər il Afrika iqtisadiyyatına 4 milyard dollar ziyan vurur

Kütləvi informasiya vasitələrinin yaratdığı yanlış stereotiplər hər il Afrika iqtisadiyyatına 4 milyard dollaradək ziyan vurur. SİA xəbər verir ki, faktı “Guardian” qəzetinin analitiklər qrupu üzə çıxarıb. Nəşr yazır ki, qlobal medianın Afrika və qeyri-Afrika ölkələrinə münasibətində kifayət qədər böyük fərq var. İqtisadi mövzuda xəbərlərdə Afrika ölkələrindəki işgüzar mühitlə bağlı çatışmazlıqlar həddən artıq qabardılır. Kredit şərtləri, kapitalın təhlükəsizliyi və korrupsiya ilə bağlı çətinliklər qeyri-real rəqəmlərlə ifadə olunur. İqtisadi sahədə çatışmazlıqlar şişirdilir, diqqəti cəlb edən başlıqlarla verilir.

İşin ən maraqlı tərəfi isə beynəlxalq KİV-lərin Afrika ölkələrində seçki və ya beynəlxalq tədbirlər ərəfəsində xüsusilə aktivləşməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə