Trampın qələbəsinin Ukrayna və Yaxın Şərq üçün nəticələri olacaq

...ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qələbəsi Ukrayna və Yaxın Şərq üçün fəsadları olacaq.

SİA-nın məlumatına görə,“İzvestiya” xəbər verir ki, bu açıqlama ilə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell çıxış edib.

O, sosial şəbəkələrində Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və onu ABŞ prezidenti adlandırıb. ...Bu seçkinin qlobal təhlükəsizliyin təhdid altında olduğu Ukrayna və Yaxın Şərq də daxil olmaqla dünyanın bütün regionları üçün nəticələri olacaq.

Bunu Borrell əlavə edib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı “Birləşmiş Ştatlarla aktiv münasibət saxlamaq üçün səylərini əsirgəməyəcək, lakin güclü və suveren Avropa qurmaq üçün müxtəlif sahələrdə öz öhdəliklərini yerinə yetirməyə davam edəcək”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə