Berlinin Martsan rayonunda noyabrın 3-də ana və azyaşlı iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı şəxs polis əməkdaşları tərəfindən Baden-Vürtemberq əyalətində yaxalanıb.
Xatırladaq ki, noyabrın 3-də Berlinin Martsan rayonunda qonşuların mənzillərin birindən dəhşətli qoxu gəlməsi ilə əlaqədar polisə məlumat vermələrindən sonra evə baxış keçirilmiş, 31 yaşlı ananın, 5 və 6 yaşlarında iki övladının meyitləri aşkarlanmışdı.
Polisin açıqlamasında onların xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə