Şolz Trampın qələbəsindən sonra Qərbi birliyə çağırıb

Almaniya kansleri Olaf Şolz bildirib ki, Avropa İttifaqı ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra birləşməli və birlikdə hərəkət etməlidir.

...Avropa İttifaqı birləşməli və vahid kimi hərəkət etməlidir. Almaniya kansleri kimi mən bunun üzərində işləyirəm.

SİA-nın əldə etdiyi məlumata görə, Şolz bunu jurnalistlərə deyib.

O, çərşənbə günü Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını da vurğulayıb.

...Sabah Budapeştdə Avropanın digər dövlət və hökumət başçıları ilə görüşəcəyik, biz oradakı fəaliyyətlərimizi yaxından əlaqələndirəcəyik və yaxın həftələrdə bunu davam etdirəcəyik, - deyə kansler bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə