...Bu arada rusiyalı milyarder Oleq Deripaska öz kanalında Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini şərh edib...
...Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq, deyəsən hər yerdə sülh hökm sürəcək.
SİA-nın məlumatına görə, bunu iş adamı yazıb.
...Seçkilərdə qalib gəldikdən sonra ilk çıxışında Tramp neftin kütləvi işlənməsinə başlayacağına söz verib.
...Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox.
Bunu Tramp bildirib.
Qeyd edilir ki, bu açıqlamadan sonra Brent markalı neftin qiyməti 2 faiz ucuzlaşıb.
...Tramp daha əvvəl demişdi ki, Ukrayna böhranını 24 saat ərzində həll edəcək. Onun fikrincə, neftin qiyməti 40 dollar/barel olacağı halda Rusiya hərbi əməliyyatlar apara bilməyəcək. Çünki neftin 100 dollar olması Moskvaya böyük hərbi büdcəyə malik olmağa imkan verirdi.
...ABŞ neft şirkətləri Trampın gəlişi üçün lobbiçilik edib və onun prezidentlik kampaniyasına sponsorluq ediblər.
O, neft sənayesinə əlavə ekoloji və vergi güzəştləri verə bilər ki, bu da hasilatı artıracaq eləcə də əmtəə şirkətlərinin kapitallaşmasının artmasına təkan verəcək.
Tramp enerji resurslarını Avropaya sataraq sərvət qazanacağını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə