Rusiyada dövlətə xəyanət edənlərin sayı son 10 ildə 10 dəfə artıb...

Buryatiya sakini “Rusiya Azadlığı” legionuna qoşulmağa cəhd etdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edilib...

...Deməli, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanın hər bir bölgəsində Ukrayna xüsusi xidmət orqanlarının agentləri “peyda olmağa” başlayıb deyə, ruslar da ciddi cəhdlə axtarışlara girişiblər.

SİA-nın əldə etdiyi məlumata görə, 2023-cü il müasir Rusiyanın bütün tarixində dövlətə xəyanət halları üzrə rekord il olub.

...Və maraqlıdır ki, 2024-cü ildə də bu tendensiya davam etməkdədir.

...Beləliklə, bu arada Buryatiya məhkəməsi yerli sakin Dmitri Zimini dövlətə xəyanətə hazırlıq işi üzrə 8 il müddətinə azadlıqdan məhrum edib.

Rusiyalı müstəntiqlərin fikrincə, Zimin Rusiya hakimiyyətinin terror təşkilatı hesab etdiyi “Rusiya Azadlığı” legionuna qoşulmağı planlaşdırırmış.

Rus səlahiyyətlilərinin issiasına görə, guya təşkilatın nümayəndəsinin göstərişi ilə o, Selenginsk kəndindəki rabitə qülləsinin şəklini çəkib. O, həmçinin kamuflyaj geyimi, təcili yardım çantası, bıçaqlar, həmçinin Selenqa stansiyasından yola düşən Çita-Moskva qatarına bilet də alıb.

Amma yolda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onu "ələ keçirə biliblər".

...Qeyd edilməlidir ki, bir il ərzində Rusiyada dövlətə xəyanət maddələri ilə işlərin sayı iki dəfəyə yaxın, on ildə isə 10 dəfəyə yaxın artıb.

Məhz buna görə də mütəmadi olaraq rusları həbs edən Federal Təhlükəsizlik Xidməti, onların Ukrayna Silahlı Qüvvələrinə keçməyi planlaşdırdıqlarını və ya onları maliyyələşdirdiklərini iddia edir.

Yeri gəlmişkən, Federal Təhlükəsizlik Xidməti daha çox Rusiyada yaşayan etnik ukraynalılara qarşı mütəmadi olaraq dövlətə xəyanət və ya casusluq ittihamı ilə işlərə başlayırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə