Əgər ruslar ukraynalıları məhv etsələr, bəs onda yağı hardan alıb yeyəcəklər..?
…Deməli, bu arada Rusiyada kərə yağı qıtlığı ilə bağlı yeni qalmaqal yaranıb.
SİA rus saytların istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən tədarük olunan yağın əslində Ukraynada, Vinnitsa vilayətindəki yağ emalı zavodunda istehsal olunduğu və BƏƏ-nin yalnız reeksportçu kimi çıxış etdiyi məlum olub.
Belə ki, ruslar Vinnitsa bölgəsindəki zavodda istehsal olunan, lakin ərəb qablaşdırmasında Ferma markası ilə satılan yağı alırmışlar.
Qeyd edək ki, bundan sonra Ukrayna istehsalçısının kimliyini göstərən yağ qablaşdırmasının videosu sosial şəbəkələrdə sürətlə yayılıb.
Yazıda qablaşdırmanı göstərən rusiyalı müştəri, təəccüblə məhsulun mənşəyini müzakirə edir və məhsulun Birləşmiş Ərəb Əmirlikləri ilə heç bir əlaqəsi olmadığını deyir.
Yeri gəmişkən, bu vəziyyət sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub və istifadəçilər paradoksu ironik şəkildə şərh edirlər.
…Deyəsən, hər şey daha gülməli ola bilməz: sonsuz otlaqları olan bir ölkə kiçik bir səhra parçasından yağ idxal edir. Amma yox, məlum olub ki, hər şey daha biabırçı imiş. Yağ birbaşa hərbi düşməndən alınırmış. Ukrayna yağı olmadan böyüklük yenidən baş verə bilməz. Yalnız bir şey aydın deyil: Z-patriotların xəyal etdiyi kimi Ukraynanı məhv etsək, o zaman yağı haradan alacağıq?
Ruslar bunu sosial şəbəkələrdə ironik tərzdə sual edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə